Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Hacıqabul Quşçuluq Şirkəti yeni karyera imkanları yaradır

24 iyn 2025, 11:01
Hacıqabul Quşçuluq Şirkəti yeni karyera imkanları yaradır

Hacıqabul Quşçuluq Şirkəti MMC-nin nümayəndə heyəti Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində müəllim-tələbə heyəti ilə maarifləndirici görüş keçirib.
 
Liderxeber.az xəbər verir ki, görüşdə kollecin rəhbərliyi, müəllim heyəti, tələbə və məzunları ilə görüşlər keçirilmiş, şirkətin fəaliyyəti, karyera imkanları və istehsalat sahələri barədə geniş təqdimat təqdim olunmuşdur.
 
Təqdimat zamanı şirkətin fəaliyyəti, yaranma tarixi, istehsalat sahələri, istehsal gücü, struktur bölmələri, işə qəbul prosesi barədə və ixtisaslı kadrlara olan tələbat barədə iştirakçılara ətraflı məlumat verilmiş, tələbələrin sualları cavablandırılmışdır. Tələbələrə təcrübə keçmək, gələcəkdə işlə təmin olunmaq və biliklərini real istehsalat mühitində tətbiq etmək imkanları təqdim olunmuşdur.
 
Tələbələrə məlumat verilib ki, Hacıqabul Quşçuluq Şirkəti 1976-cı ildə Hacıqabul rayonunun Ağacanlı kəndində təsis edilmişdir. Şirkət hazırda gündəlik 2.000.000 ədəd, illik isə 720.000.000 ədəd yumurta istehsalı gücünə malikdir. Müəssisədə qurulmuş müasir laboratoriyada məhsullar beynəlxalq standartlara uyğun olaraq keyfiyyət və təhlükəsizlik göstəricilərinə görə analiz edilir.
 
Tədbirin sonunda Hacıqabul Quşçuluq Şirkəti MMC ilə Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Memorandumun məqsədi - kollecin məzunlarının ixtisaslarına uyğun olaraq işlə təmin olunması, istehsalat təcrübələrinin təşkili və yerli kadrlara öncül üstünlük verilməsi mexanizminin qurulmasıdır.
 
Bu əməkdaşlıq regionda təhsil və istehsalat arasında körpü rolunu oynayacaq, peşə təhsilli gənclərin əmək bazarına inteqrasiyasını sürətləndirəcəkdir.