Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Vergi və gömrükdən büdcəyə daxil olan vəsait açıqlandı

03 iyn 2025, 11:46
Vergi və gömrükdən büdcəyə daxil olan vəsait açıqlandı

“2024-cü il üzrə dövlət büdcəsinin gəlirləri 37,2 mlrd. manat olmaqla, proqnoza qarşı 774 mln. manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 1,9 mlrd. manat və ya 5,5 faiz çox icra edilib”.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və təhülkəsizlik komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən plenar iclasda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən bildirib. 

“Hesabat ilində vergi orqanlarının xətti ilə büdcəyə 15,8 mlrd. manat, gömrük orqanlarının xətti ilə 6,6 mlrd. manat vəsait daxil olub. Bu isə proqnoza nisbətən müvafiq olaraq, 538 mln. manat və 214 mln. manat çoxdur”, - deyə o qeyd edib.

Komitə sədri bildirib ki, qeyri-neft sektoru üzrə büdcə daxilolmaları proqnozla müqayisədə 573 mln. manat və ya 3,1 faiz artıq icra olunmaqla, 19,2 mlrd. manat təşkil edib, 2023-cü ilin müvafiq göstəricisini 2,1 mlrd. manat və ya 12,4 faiz üstələnib: “Büdcənin gəlirlərində qeyri-neft sektorundan daxilolmaların payı 48,5 faizdən 51,6 faizə yüksəlib.

Qeyri-neft sektoru üzrə daxilolmaların proqnozları üstələməsi bu sektor üzrə ÜDM-in makroiqtisadi proqnozlarda nəzərdə tutulandan çox olması ilə əlaqədar olub. Belə ki, qeyri-neft ÜDM proqnozdan 956 milyon manat çox olub, real artım tempi isə 0,7 faiz-bəndi təşkil edib”.