Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Əkinçilik ETİ və “Gilan Pivot” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb

20 may 2025, 10:34
Əkinçilik ETİ və “Gilan Pivot” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) və “Gilan Pivot” şirkətinin rəhbərlikləri arasında kənd təsərrüfatında suvarma texnologiyalarının inkişafı ilə əlaqədar əməkdaşlıqla bağlı memorandum imzalanıb. 

Liderxeber.az xəbər verir ki, memorandum Bakıda keçirilən 18-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro”-da baş tutub.

Memorandumun məqsədi, su ehtiyatlarının səmərəli istifadəsi və məhsuldarlığın artırılması məqsədilə iki tərəfli əməkdaşlıq etməkdir.

Gilan Pivot, pivot suvarma sistemləri sahəsində Azərbaycanın aparıcı şirkətlərindən biridir və 10 ildən artıq təcrübəyə sahibdir. Şirkət Azərbaycanda 20.000 hektardan çox ərazidə 250-dən çox pivot suvarma sistemi qurmuşdur.

Memoranduma əsasən ƏETİ və “Gilan Pivot” arasında kənd təsərrüfatı məhsuldarlığının artırılması üçün müasir suvarma texnologiyalarının tətbiqi, yeni layihələrin hazırlanması və elmi-tədqiqatların birləşdirilməsi barədə razılığa gəlinib. Əməkdaşlıq suvarma sistemlərinin optimallaşdırılması və torpaqlarda su israfının qarşısının alınması məqsədini daşıyır. Belə ki, bu əməkdaşlıq, Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına və məhsuldarlığın artırılmasına mühüm töhfə verəcək.