Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

AL Marketdən əməkdaşların inkişafına böyük addım – Pərakəndə İnkişaf Mərkəzi qurulur

16 may 2025, 11:44
AL Marketdən əməkdaşların inkişafına böyük addım – Pərakəndə İnkişaf Mərkəzi qurulur

AL Market əməkdaşlarının peşəkar inkişafına və müştəri məmnuniyyətinin yüksəldilməsinə yönəlik daha bir mühüm addım atdı.

Şirkət, əməkdaşların bilik və bacarıqlarını artırmaq, karyera inkişaflarına dəstək olmaq məqsədilə Pərakəndə İnkişaf Mərkəzini qurdu.

Pərakəndə inkişaf mərkəzinin məqsədi böyüməkdə olan AL Market mağazalar şəbəkəsində xidmət keyfiyyətini artırmaq və bu xidmət keyfiyyətini təmin edəcək ixtisaslı kadrların yetişdirilməsini təmin etməkdir.

Yeni mərkəzdə həm texniki bilikləri gücləndirəcək təlimlər, həm də mövcud iş bacarıqlarının təkmilləşdirlməsi üçün inkişaf proqramları həyata keçiriləcək. Bu təşəbbüsün əsas məqsədi – sürətlə böyüyən AL Market mağazalar şəbəkəsində xidmət keyfiyyətini artırmaq və bu keyfiyyəti təmin edəcək ixtisaslı kadrların hazırlanmasıdır.

AL Market yalnız müştərilərinə məhsul təqdim edən pərakəndə satış şəbəkəsi deyil, eyni zamanda 5000-dən çox əməkdaşa sahib böyük bir komanda olaraq onların peşəkar inkişafına da önəm verir. Şirkət əməkdaşlarının davamlı şəkildə öyrənməsi və inkişaf etməsi üçün zəruri imkanlar yaratmağı özünün əsas strateji hədəflərindən biri kimi görür.