Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Coca-Cola Azərbaycanın “Coca-Cola Paylaş” kampaniyası geri qayıdır!

15 may 2025, 13:00
Coca-Cola Azərbaycanın “Coca-Cola Paylaş” kampaniyası geri qayıdır!


Coca-Cola Azərbaycan 10 aprel – 30 iyun tarixləri arasında çoxdan gözlənilən “Coca-Cola Paylaş” kampaniyasını yenidən həyata keçirir.

Kampaniya çərçivəsində Coca-Cola Klassik və Coca-Cola Sıfır Şəkər məhsullarının 500 ml, 1 l, 1.5 l və 2 l-lik qablaşdırmalarında Azərbaycanda ən çox istifadə olunan insan və qrup adları əks olunmuş butulkalar satışa çıxarılıb.

Bu unikal kampaniya xüsusilə rəqəmsal dünyanın "yerli sakinləri" sayılan Z nəslinin real həyatda daha çox ünsiyyət və iştirakını təşviq etmək məqsədi daşıyır. Ad yazılmış Coca-Cola butulkaları rəqəmsal aləmin keçici münasibətləri əvəzinə, üz-üzə qurulan səmimi əlaqələrin rəmzinə çevrilir.

“Coca-Cola Paylaş” kampaniyası insanlara dostluğun, əyləncənin və birgə yaşanan anların dəyərini xatırladır. Burada söhbət sosial şəbəkələrdəki bəyənmə və paylaşma düymələrindən deyil, əsl həyatın içində baş verən, unudulmaz paylaşımlardan gedir.

Kampaniya çərçivəsində Coca-Cola Azərbaycanda bir yeniliyə də imza atır. Belə ki, satışda təxminən 100 ad təqdim olunsa da, adını butulkalarda tapmayanlar üçün fərdi dizayn imkanı yaradılıb. İştirakçılar Gənclik Mall-da, iri supermarket şəbəkələrində quraşdırılacaq xüsusi stendlərə yaxınlaşaraq öz adlarını Coca-Cola butulkalarının üzərinə çap etdirə bilərlər.

Qeyd edək ki, “Coca-Cola Paylaş” kampaniyası Azərbaycanda ilk dəfə 2014-cü ildə həyata keçirilib və böyük maraqla qarşılanıb. 11 ildən sonra Coca-Cola bu uğurlu təşəbbüsü Z nəslinə xitab edərək, rəqəmsallaşan dünyada orijinal və emosional əlaqə formalarını təşviq etmək üçün yenidən təqdim edir.

Kampaniya göstərir ki, sevdiklərinlə münasibət qurmaq üçün bəzən sadəcə bir butulka Coca-Cola və səmimi bir paylaşım kifayət edir.