Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

İran Milli Bankı Azərbaycanda yenidən fəaliyyətə başlayacaq

01 may 2025, 09:03
İran Milli Bankı Azərbaycanda yenidən fəaliyyətə başlayacaq

İran Milli Bankı Azərbaycanda yenidən fəaliyyətə başlayacaq.

Liderxeber.az xəbər verir ki, bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Bakı səfərinin ardınca Azərbaycan Prezidenti İlham Əliyevin razılığı və birbaşa göstərişi ilə İran Milli Bankının Bakı filialı fəaliyyətini yenidən bərpa edəcək.

Qeyd olunur ki, bu addım iki ölkə arasında ticarət əlaqələrinin inkişafı baxımından müsbət hadisə kimi qiymətləndirilir və Azərbaycanın iqtisadi mühitində fəaliyyət göstərən iranlı iş adamları üçün sevindirici bir xəbər sayılır. Bu hadisə həmçinin Pezeşkianın Bakı səfərinin konkret iqtisadi nəticələrindən biri kimi diqqət çəkir.