Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

“Trendyol” 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi

30 apr 2025, 16:22
“Trendyol” 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi

Dünyanın əsas e-ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol 50 AZN və ondan yuxarı məbləğdə olan sifarişlər üçün Azərbaycana çatdırılma xərclərini ləğv edib.

Onlayn alış-veriş həvəskarları qeyd olunan və ondan yuxarı məbləğdə məhsul sifariş etdikdə pulsuz çatdırılmadan, o cümlədən evə pulsuz çatdırılmadan yararlana bilirlər.  Bundan əlavə, ‘’Trendyol’’dan ilk dəfə sifariş verən bütün istifadəçilər sifariş məbləğindən və məhsul sayından asılı olmayaraq birbaşa ünvana çatdırılma üçün ödəniş etmir.

50 AZN-dən aşağı məbləğdə olan sifarişlər üçün də yenilənmiş çatdırılma tarifləri tətbiq olunur: “Gəl al’’nöqtəsi üçün 3.99 AZN, evə çatdırılma üçün isə 6.99 AZN sabit ödəniş edilir”.

"Trendyol" öz istifadəçilərinə tekstil məhsullarından elektronikaya, uşaq qidalarından ev dekorasiyasına qədər 1500-dən artıq kateqoriyada məhsul təqdim edir. Hazırda "Trendyol"un Azərbaycanda 2 milyondan çox müştərisi var.

Son iki ildə "Trendyol" tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.