Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Qarabağda Ramazan xeyriyyə aksiyası keçirilib

30 mar 2025, 14:47
Qarabağda Ramazan xeyriyyə aksiyası keçirilib

Coca-Cola Azərbaycanın dəstəyi və “Nargis” Fondunun təşkilatçılığı ilə müqəddəs Ramazan ayına həsr edilən növbəti xeyriyyə aksiyası keçirilib.
 
Liderxeber.az xəbər verir ki, 25-27 mart tarixləri aralığında keçirilmiş təşəbbüs çərçivəsində Qarabağ regionunun mərkəzi olan Xankəndi şəhərində iftar çadırları qurulub. Bölgə sakinləri və ziyarətçilər olmaqla yüzlərlə insan iftar süfrələrində müxtəlif təamlardan dadıblar.
 
Bununla yanaşı, iftar süfrələrinə gələ bilməyən və ya ehtiyacı olan insanlar üçün iftar payları yaşadıqları ünvana göndərilib.
 
Qeyd edək ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca-Cola Azərbaycanda Sosial Məsuliyyət prinsipi çərçivəsində yerli icmaların inkişafı üçün müxtəlif layihələrə dəstək olub. Eyni zamanda, Coca-Cola Azərbaycan “Nargis” Fondunun 2019-cu ildən etibarən başlatdığı İftar çadırları təşəbbüsünün də əsas tərəfdaşlarından olmuşdur.
Coca-Cola Azərbaycanın dəstək olduğu layihələr haqqında daha ətraflı məlumat üçün www.coca-cola.az saytına keçə bilərsiniz.
 
Xatırladaq ki, Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd edib. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri Coca-Cola, Fanta, Sprite, Bonaqua, Cappy və Fuse Tea kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur.