Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Coca-Cola xeyriyyə yarmarkasının tərəfdaşıdır

28 mar 2025, 17:25
Coca-Cola xeyriyyə yarmarkasının tərəfdaşıdır

Baharın gəlişi ilə birlikdə xeyirxah ənənələri yaşatmaq məqsədilə təşkil olunan “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkası davam edir. Coca-Cola Azərbaycanın dəstəyi ilə keçirilən bu təşəbbüs ehtiyacı olan insanlara yardım etmək və cəmiyyət arasında paylaşma ruhunu gücləndirmək məqsədi daşıyır.

Liderxeber.az Azərbaycan xalqının ən rəngarəng və zəngin bayramlarından olan Novruz ərəfəsində xeyirxahlığı da unutmayan Coca-Cola Azərbaycan, “Nargis” Fondunun təşkilatçılığı ilə keçirilən “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkasının əsas tərəfdaşlarından biridir.

Coca-Cola Azərbaycan yarmarkada quraşdırdığı Novruz və Bakının atributlarını təsvir edən fotozonası ilə tədbirə əlavə rəng qatır.

2019-cu ildən etibarən təşkil olunan yarmarkadan əldə edilən bütün gəlir müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin ödənilməsinə sərf olunur.

Yarmarkada yerli sənətkarların əl işləri, ekoloji təmiz məhsullar, milli və xarici mətbəxdən ləziz təamlar, eləcə də bayram əhval-ruhiyyəsini əks etdirən suvenirlər satışa çıxarılır.

Xeyriyyə yarmarkası aprelin 15-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
Xartırladaq ki, Coca-Cola Azərbaycan əvvəlki illərdə “Torpaq Əlimdə Bahar Ürəyimdə” yarmarkasının tərərfdaşlarından biri olub.

Qeyd edək ki, Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd edəcək. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri Coca-Cola, Fanta, Sprite, Bonaqua, Cappy və Fuse Tea kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur.