Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

AAAF İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı Beynəlxalq Ağır Atletika Federasiyasına rəsmi bəyanat ünvanlayıb

15 apr 2023, 12:56
AAAF İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı Beynəlxalq Ağır Atletika Federasiyasına rəsmi bəyanat ünvanlayıb

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı Avropa Ağır Atletika Federasiyasına və Beynəlxalq Ağır Atletika Federasiyasına rəsmi bəyanat ünvanlayıb.

Bu barədə "Report"a açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev məlumat verib.

Hazırda İrəvanda olan federasiya rəsmisi baş vermiş hadisə ilə bağlı rəhbərliyin öz mövqeyini bildirdiyini söyləyib: “Beynəlxalq Ağır Atletika Federasiyasının birbaşa prezidentinə, eyni zamanda, Avropa Ağır Atletika Federasiyasına fikirlərimizi bildirmişik, sərt etirazımızı etmişik. Onlardan buna reaksiya verməyi, qərar verməyi tələb etmişik. Hesab edirik ki, baş vermiş bu hadisə Ermənistanı beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”.

Qeyd edək ki, ağırlıqqaldırma üzrə Azərbaycan millisi Avropa çempionatında iştirakdan imtina edib.