Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Azərbaycan Qran Prisinin uniforma və akkreditasiya mərkəzi fəaliyyətə başlayıb

12 apr 2023, 14:31
Azərbaycan Qran Prisinin uniforma və akkreditasiya mərkəzi fəaliyyətə başlayıb

“Formula 1” üzrə Azərbaycan Qran Prisinin uniforma və akkreditasiya mərkəzi fəaliyyətə başlayıb.

Bunu Bakı Şəhər Halqasının (BŞH) İnsan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, mərkəzdə 100-ə yaxın könüllü fəaliyyət göstərir: “Bakı Şəhər Halqasının könüllüləri bütün əməliyyatlara cəlb olunurlar. Belə irimiqyaslı tədbir üçün könüllülər ciddi təlim proqramından keçirlər”.

İranə Əhmədova əlavə edib ki, mərkəzdə 9000 ədəd uniforma və 14 000 ədəd akkreditasiyanın verilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprel aralığında keçiriləcək (Report)