Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

FİFA Perunun DÇ-yə ev sahibliyini ləğv etdi

04 apr 2023, 10:41
FİFA Perunun DÇ-yə ev sahibliyini ləğv etdi

FİFA Perunun yeniyetmələr arasında futbol üzrə dünya çempionatına ev sahibliyi hüququnun ləğvi barədə qərar qəbul edib.

LiderXəbər xəbər verir ki, bu barədə dünyanın ən ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.

FİFA-nın açıqlamasında bildirilir ki, bu qərar ev sahibi ölkənin turnirin keçirilməsi üçün lazım olan infrastrukturun yaradılması ilə bağlı öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən verilib.

Turnirin 2023-cü il noyabrın 10-dan dekabrın 2-dək keçirilməsi planlaşdırılır. DÇ-2023-ün hansı ölkədə keçiriləcəyinə daha sonra aydınlıq gələcək.