Türkiyə Super Liqasının 23-cü turunda zəlzələ səbəbindən təxirə salınmış oyunların keçiriləcəyi vaxt açıqlanıb.
LiderXəbər xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyası məlumat yayıb.
"Giresunspor" - "Kayserispor", "Fənərbağça" - "Konyaspor" oyunları fevralın 25-də olacaq. "Ümraniyespor" - "Adana Demirspor" görüşü isə fevralın 26-da keçiriləcək.
Həmçinin bildirilib ki, İstanbuldakı terror səbəbindən 16-cı turda təxirə salınan "Beşiktaş" - "Antalyaspor" qarşılaşması da fevralın 26-də oynanılacaq.