Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir

26 iyl 2024, 16:36
Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ölkədaxili marşrutlar üzrə hərəkət edən sərnişin qatarlarına minik zamanı artıq həm də elektron şəxsiyyət vəsiqəsini təqdim etmək mümkündür.

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanına əsasən, “My.gov.az” portalından qeydiyyatdan keçərək istifadə olunan elektron şəxsiyyət vəsiqəsi fiziki şəxsiyyət vəsiqəsinin əslinə bərabər tutulur.

Artıq hər bir vətəndaşın “My.gov.az” portalından qeydiyyatdan keçməklə şəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edib, həmin QR kodu səfər öncəsi qeydiyyatdan keçmək üçün vaqon bələdçisinin validatorunda (məlumatları yoxlama cihazı) oxutmağa təqdim etməsi kifayətdir.

Sərnişinlər üçün rəqəmsal imkanları mütəmadi olaraq genişləndirən ADY-nin yeni sistemə inteqrasiyası qatara minik prosesini daha sadələşdirir və sürətləndirir. Bu da sərnişinlərin rahat səfər etməsinə, eləcə də hər hansı səbəbdən fiziki şəxsiyyət vəsiqəsi olmadıqda belə səyahətlərini davam etdirmsinə imkan verir.