Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Ötən il xaricdə təhsil alan 1153 nəfərin diplomu tanınmayıb

20 fev 2024, 11:36
Ötən il xaricdə təhsil alan 1153 nəfərin diplomu tanınmayıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2023-cü il üzrə Xarici kvalifikasiyaların tanınması statistikasını açıqlayıb.

LiderXəbər xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

Onun sözlərinə görə, ötən il xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı 7021 müraciət üzrə ekspertiza həyata keçirilib.

O qeyd edib ki, 5868 müraciət üzrə müsbət, 1153 müraciət üzrə mənfi rəy verilib. Müraciətlərə ortalama baxılma müddəti 12 iş günü olub.