Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Soğanın xərçəng əleyhinə faydası

04 okt 2023, 17:52
Soğanın xərçəng əleyhinə faydası

Rusiyalı diyetoloq soğan zərər verməyən insanlara hər gün balaca bir soğan yeməyi məsləhət görür.

LiderXəbər-in xəbərinə görə, diyetoloqların fikrincə, soğan xərçəng əleyhinə potensialı olan qidalardandır.

“Bir çox insanlar aktivləşə biləcək yatan xərçəng ocaqlarına malikdirlər. Əgər iltihab yaranırsa və onun rüşeymləri şişlərə təsir edirsə, bu zaman yenitörəmələrin ekspansiv artımına səbəb olan proseslər baş verə bilər”, - deyə o teleefirdə bildirib.

Mütəxəssis deyib ki, xərçəngin “rüşeymi” qan damarlarından qidalanır. Bununla belə, xərçəng şişi qan damarlarına bitişəndə daha da böyüyür. Bəzi ərzaqların tərkibində bunun qarşısını alan maddələr var.

Ginzburgun fikrincə, soğan bədxassəli şişlərin böyüməsinə mane olan məhsullar sırasındadır.

“Soğanın tərkibində damarın divarlarını gücləndirən və soyuqdəymənin qarşını ala bilən kvertisin var. Soğan ilə yanaşı, sarımsaq, zerdeçal, zəncəfil də onkostatik təsirə malikdir”, -deyə diyetoloq söyləyib.

Ginsburg, bu baxımdan antioksidantların böyük dozalarına malik olan qırmızı soğanın xüsusilə faydalı olduğunu bildirib.