Son Xəbərlər
Azərbaycan Milli Mətbuatının 151 illiyi münasibətilə Füzuli Dövlət Dram
Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları
Hörmüz boğazında iki neft tankerində partlayış olub. Liderxeber.az xəbər verir
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu
Qızmar hava insan orqanizmi üçün ciddi risklər yaradır. Belə günlərdə
ABŞ Prezidenti Donald Tramp Amerika şirkətlərinə qarşı “ayrı-seçkilik
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) iyulun 7-dən bəri Yaxın Şərqdə baş verən
ABŞ Silahlı Qüvvələri ölkə rəhbərliyinin birbaşa göstərişi ilə İrana qarşı
ABŞ və İran arasında danışıqlar üzrə vasitəçi dövlətlər müvəqqəti sazişin
Ukrayna Silahlı Qüvvələri Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) Rusiyanın

Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaq

20 iyl 2026, 09:14
Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaq

Bu gün UEFA-nın klub turnirlərində 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Liderxeber.az xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında növbəti mərhələnin cütləri müəyyənləşəcək. 

Çempionlar Liqasında püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da, Avropa Liqasında saat 15:00-da, Konfrans Liqasında isə saat 16:00-da start götürəcək. 

Azərbaycan təmsilçilərindən “Sabah” ÇL-də, “Qarabağ” Avropa Liqasında, “Zirə” və “Neftçi” isə Konfrans Liqasında potensial rəqiblərini tanıyacaq. 

Xatırladaq ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Sabah” Finlandiyanın KuPS klubu ilə 2-ci təsnifat mərhələsində qarşılaşacaq.

Ağdamın “Qarabağ” komandası isə Avropa Liqasının eyni mərhələsində Bolqarıstan SSKA-sı ilə üz-üzə gələcək.

Konfrans Liqasında çıxış edən “Zirə” Estoniyanın “Payde”, “Neftçi” isə Belarusun “Dinamo” (Minsk) klubu ilə görüşəcək.