Son Xəbərlər
Avropa son illərin ən güclü isti hava dalğalarından biri ilə üz-üzə qalıb.
Xəbər verdiyimiz kimi, dünən Xəzər rayonu Mərdəkan çimərliyində 4 gənc batıb.
2026-cı il Dünya Çempionatının I qrupunda Fransa ilə İraq arasında keçirilən
İyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur.
İran Prezidenti Məsud Pezeşkian sabah Pakistana səfər edəcək. Liderxeber.az
2026-cı il iyunun 20-də Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində
İyunun 22-də İsveçrədə ABŞ və İran arasında əldə olunmuş memorandumun icra
Moskvanın bütün hava limanlarında təyyarələrin qəbuluna və uçuşuna müvəqqəti
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq

Fransa - İraq matçı 2 saatdan sonra yenidən başladı - Yenilənib - Fotolar

23 iyn 2026, 08:49
Fransa - İraq matçı 2 saatdan sonra yenidən başladı - Yenilənib - Fotolar

2026-cı il Dünya Çempionatının I qrupunda Fransa ilə İraq arasında keçirilən oyun əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti dayandırılıb.

Liderxeber.az xəbər verir ki, FIFA ilk hissənin sonunda stadiona yaxın ərazidə ildırım aktivliyinin müşahidə edildiyini bildirərək, “sərt hava rejimi” elan edib və qarşılaşmanı dayandırıb.

Oyunda Fransa 1:0 hesabı ilə öndə idi. Komandanın yeganə qolunu 27 yaşlı hücumçu Kilian Mbappe vurub.

Bu qol Mbappenin turnirdəki üçüncü, DÇ tarixində isə 15-ci qolu olub. Bununla da fransalı ulduz DÇ tarixinin bombardirləri sırasında lider olan Lionel Messinin 18 qolluq rekorduna yaxınlaşıb.

***

Fransa - İraq matçı iki saatlıq gecikmədən sonra davam edir.

***

Matç Fransanın 3:0 qələbəsi ilə başa çatıb.