Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Qurban Qurbanov: "İddialı və maraqlı qrupa düşmüşük"

01 sen 2023, 17:39
Qurban Qurbanov: "İddialı və maraqlı qrupa düşmüşük"

"İddialı və maraqlı qrupa düşmüşük".

LiderXəbər xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.

51 yaşlı mütəxəssis təsnifat mərhələsində qarşılaşdıqları rəqiblərin də təhlükəli olduğunu bildirib: "Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. "Bayer 04" top-5 ölkəsinin komandasıdır. "Molde" və "Hakken" də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar. Rəqiblərlə qarşıdakı günlərdə daha yaxından tanış olacağıq. İstənilən halda şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik. Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir".

Qeyd edək ki, "Qarabağ" H qrupunda Almaniyanın "Bayer 04", Norveçin "Molde" və İsveçin "Hakken" komandaları ilə üz-üzə gələcək.