ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi karyerasında 100-cü kluba qol vurub.
LiderXəbər-in məlumatına görə, argentinalı hücumçu Şimali və Mərkəzi Amerika klublarının iştirakı ilə keçirilən Liqa Kubokunda “Atlanta Yunayted”lə görüşdə buna nail olub.
MLS təmsilçilərinin duelində komandasının 4:0 hesablı qələbəsinə 2 qol, 1 assistlə töhfə verən 36 yaşlı oyunçu 100 fərqli klubun qapısına yol tapmağı bacarıb.
Messi, eyni zamanda, 8 ildən sonra ilk dəfə bir qarşılaşmada sağ ayağı ilə dubla imza atıb. O, sonuncu dəfə 2015-ci ildə “Barselona”nın heyətində İspaniya çempionatı çərçivəsində “Levante” ilə matçda bunu reallaşdırıb.
“İnter Mayami” isə tarixinin ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. Florida klubu 2021-ci ildə MLS-də “Çinçinnati”ni 5:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Liqa Kubokunun qrupunda keçirdiyi hər iki oyunda qələbə qazanan “İnter Mayami” 1/16 finala yüksəlib.