Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb

20 iyl 2023, 09:25
Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb

“Qarabağ” UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xalları yazdırıb.

LiderXəbər-in məlumatına görə, Ağdam klubu UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”u cavab görüşündə 4:0 hesabı ilə məğlub etməklə buna nail olub.

Hər iki qarşılaşmadakı qalibiyyət sayəsində ölkə reytinqinə 0,500 xal əlavə olunub. Son 5 mövsümdəki ümumi xallarının sayı 14,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb.

ÇL-in I raundundan sonra reytinqdə bəzi yerdəyişmələr yaşanıb. İsveç, Sloveniya, Farer adaları, İslandiya və Belarus irəliləyişə nail olublarsa, Yunanıstan, Finlandiya, Bosniya və Herseqovina, Malta, Estoniya və Albaniyada geriləmə müşahidə edilib.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.