Konfrans Liqası: "Neftçi"nin potensial rəqiblərinin duelində qalib müəyyənləşməyib

14 iyl 2023, 09:13
Konfrans Liqası: "Neftçi"nin potensial rəqiblərinin duelində qalib müəyyənləşməyib

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin daha bir ilk oyunu başa çatıb.

LiderXəbər-in məlumatına görə, Azərbaycan təmsilçisi "Neftçi"nin potensial rəqiblərindən olan Bosniya və Herseqovinanın "Jelezniçar" klubu Belarusun "Dinamo" (Minsk) komandasını qəbul edib.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü bir həftə sonra gerçəkləşəcək. Cütün qalibi II təsnifat mərhələsində "Neftçi" ilə üz-üzə gələcək.