Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışda qalib olub

21 iyn 2023, 11:17
Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışda qalib olub

İyunun 16-18-də Fransanın Jardin şəhərində CDİ3 kateqoriyalı atçılıq idmanının dresaj növü üzrə beynəlxalq yarış keçirilib.

Atçılıq Federasiyasından verilən xəbərə görə, Almaniya, Fransa, Belçika, Böyük Britaniya, Hollandiya kimi 20-dən çox ölkədən idmançıların iştirak etdiyi mötəbər yarışda Azərbaycanı Aqata və Karina Zəhrabəyovalar təmsil ediblər.

Aqata Zəhrabəyova yarışa “RM Golden Showman”, Karina Zəhrabəyova isə “Ein Stern” və “Delicato 2” atları ilə qatılıblar.

Gərgin keçən mübarizədə Aqata Zəhrabəyova üç yarışda 70%-dən çox xal toplayaraq ilk üçlükdə qalmağı bacarıb, Karina Zəhrabəyova isə həftəyə 74%-dən çox xalla yekun vuraraq Junior Freestyle yarışının qalibi olub.

Tədbirin sonunda qaliblər pul mükafatı, medal və kuboklarla təltif ediliblər.