Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

“Fənərbaxça” “Sabah” və “Qəbələ”yə rəqib ola bilər

31 may 2023, 13:54
“Fənərbaxça” “Sabah” və “Qəbələ”yə rəqib ola bilər

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Qəbələ” və “Sabah”ın daha bir potensial rəqibi müəyyənləşib.

LiderXəbər xəbər verir ki, II təsnifat mərhələsində qərarlaşan klublarımız Türkiyənin digər komandası “Fənərbaxça”nın mümkün rəqibləri olub.

Buna səbəb “Fənər”in Super Liqada mövsümü 2 və ya 3-cü yerdə tamamlamağı təmin etməsidir. Konfrans Liqasında II təsnifat mərhələsindən yarışa qoşulacaq “sarı-lacivərdlilər” püşkdə səpələnmişlərdə yer alacaq. “Beşiktaş” kimi, İstanbulun digər nəhəngi də “Qəbələ” və “Sabah”ın mümkün rəqiblərindən olacaq.

Qeyd edək ki, iyunun 21-də II təsnifat mərhələsinin püşkü atılacaq. Bu mərhələnin oyunları iyulun 27-də və avqustun 3-də keçirəcəklər.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi

Səpələnmişlər: “Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Gent” (Belçika), “Fənərbağça” (Türkiyə), PAOK (Yunanıstan), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqarden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), “Riyeka” (Xorvatiya), “Gimaraeş” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), AEK (Larnaka, Kipr), “Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Aris” (Saloniki, Yunanıstan)

Qeyri-müəyyən: “Petrokub” (Moldova).