Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Qurbanov bu addımına görə nüfuzlu mükafata layiq görülüb

24 may 2023, 16:00
Qurbanov bu addımına görə nüfuzlu mükafata layiq görülüb

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (International Fair Play Committee (CIFP)) Şurası tərəfindən yüksək mükafata – 2022-ci ildə İdman dünyasında ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinin tanınmasına görə “Jean Borotra - Karyera” kateqoriyasında Fair Play Diplomuna layiq görülüb.

LiderXəbər xəbər verir ki, CİFP prezidenti Jenö Kamuti Azərbaycan İdman Jurnalistləri Assosiasiyası vasitəsilə baş məşqçinin adına şəxsi məktub göndərib. 

Məktubda qeyd olunur ki, Q.Qurbaniv İdman dünyasında və ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinə görə “Jean Borotra - Karyera” kateqoriyasında Dünya Fair Play Diplomu ilə təltif olunub.

Bu mükafat mütəxəssisə ötən mövsüm Konfrans Liqasının pley-offunda “Marsel”lə cavab görüşündə (0:3, ilk oyun - 1:3) etdiyi feyr pley davranışına görə verilib. Oyunda polşalı baş hakim Bartoş Frankovski “Qarabağ”ın futbolçusu İbrahima Vadjinin vurduğu qolu qeydə alıb. Lakin Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra baş hakimə qolun qaydalar çərçivəsində vurulmadığını bildirib. Nəticədə qol ləğv olunub.

Q.Qurbanov CIFP tərəfindən təşkil edilən 2022 Dünya Ədalətli Oyunlar Mükafatlarının təqdimetmə mərasiminə dəvət olunub.