Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Göygöldə güləş idman zalı istifadəyə verilib

09 may 2023, 14:21
Göygöldə güləş idman zalı istifadəyə verilib

Göygöl rayonu Üçtəpə kəndində inşa edilmiş güləş idman zalı gənclərin və idmançıların istifadəsinə verilib. Açılış tədbirində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, gənclər idmançılar və kənd ictimaiyyəti iştirak edib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev “Alik Arena” sərbəst güləş idman zalının rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, bu tikilinin ümumi sahəsi 385 kv.metrdir və burada “Alik Arena” sərbəst güləş idman klubu fəaliyyət göstərəcək. Klub müasir avadanlıqlarla təchiz olunub. Gənclərin idmanla məşğul olması üçün hər cür şərait yaradılıb. Hazırda klubun üzvləri 3 nəfər məşqçi və 60 nəfər gənc idmançıdan ibarətdir.

İcra başçısı Elvin Paşayev idmançıları təbrik edərək, Azərbaycanda həyata keçirilən dövlət-gənclər siyasətindən, gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident cənab İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır. 44 günlük Vətən Müharibəsindəki Zəfərdə idmançılarımızın da payı az olmadı. Həmişə beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran gənc idmançılarımız bu dəfə işğal altında olan əzəli torpağımız Qarabağda bayrağımızın dalğalandırılmasında yaxından iştirak etdilər. Onlar idman arenalarında olduğu kimi gərgin döyüşlərdə də mərdlik, qorxmazlıq və şücaət göstərərək adlarını qızıl hərflərlə zəfər salnaməsinə əbədi olaraq yazdılar.

Əlavə olaraq qeyd olunub ki, Respublika Güləş Federasiyasının təşkilatçılığı ilə perspektivli gənclərin üzə çıxarılmasına və güləşə cəlb olunmasına, eyni zamanda güləş idman növünün kütləviliyinin artırılmasına xüsusi diqqət göstərilir.

İdmançılar onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər.