Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Koronavirus pandemiyasının bu il başa çatacağı elan oluna bilər

27 apr 2023, 13:12
Koronavirus pandemiyasının bu il başa çatacağı elan oluna bilər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bu ilin əvvəlindən bəri koronavirus xəstəliyi nəticəsində qeydə alınan ölüm hallarının sayının 95 faiz azaldığı barədə məlumat verib.

LiderXəbər xəbər verir ki, ÜST rəhbəri bununla belə virusun hələ də təhlükə mənbəyi və ölümə bais olmasının davam etdiyini bildirib.

“Biz COVID-19 virusu nəticəsində qeydə alınan ölüm hallarının getdikcə azalmasından çox fərəhlənirik. Lakin “XBB.1.16” yeni variantın əmələ gəlməsi göstərir ki, virus hələ də dəyişilir və hələ də yeni xəstəlik və ölüm dalğaları yaratmağa qadirdir”, - deyə Qebreyesus qeyd edib.

ÜST başçısı ictimai səhiyyə sahəsində COVID-19 virusu ilə bağlı beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyətin bu il başa çatmasını elan edəcəyinə ümidvar olduğunu deyib: “Lakin bu virus yox olmayacaq və bütün ölkələrin digər yoluxucu xəstəliklərlə yanaşı onun da öhdəsindən gəlmələri vacibdir”.