Son Xəbərlər
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.
Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində qızı Zəhra

ABŞ-də qar fırtınası: Ölənlər var

22 yan 2025, 14:15
ABŞ-də qar fırtınası: Ölənlər var

ABŞ-nin cənub və şimal bölgələrini təsir altına alan qar fırtınası insan ölümünə səbəb olub.

Bu barədə Liderxeber.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata əsasən, qar fırtınası və şiddətli soyuqlar nəticəsində azı 4 nəfər həyatını itirib. Rəsmilərin bildirdiyinə görə, Austin şəhərində 2 nəfər, Corciyada 1 nəfər və Miluokidə 1 nəfər ölüb.

Ölkənin cənubundakı Texas ştatında magistral yollar və hava limanları bağlanıb, Luiziana ştatında isə qar fırtınası xəbərdarlığı edilib. Luiziana, Missisipi və Alabama da daxil olmaqla, çox sayda ştatda kəskin soyuqlar səbəbindən fövqəladə vəziyyət elan edilib.

ABŞ-nin cənubunda ən güclü yağıntının qeydə alındığı Luiziana ştatının Reyn şəhərində qarın qalınlığı 25 santimetrə çatıb. Ölkənin şimalındakı Nyu-Yorkun bəzi bölgələrində isə qarın qalınlığı təqribən 46 santimetr təşkil edib. Şiddətli qış fırtınası səbəbindən ABŞ-də 2200-dən çox təyyarə reysi ləğv edilib, 3000 uçuş təxirə salınıb.

Qeyd edək ki, Milli Meteoroloji Xidmətdən ötən gün verilən açıqlamada qarın nadir müşahidə olunduğu körfəz sahilində tarixi yağıntıların olacağı, Texasın şərqindən Floridanın şimal-qərbinə qədər saatda 3 santimetr və ya daha çox qarın yağacağı proqnozlaşdırılmışdı.