Son Xəbərlər
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava
Daşınmaz əmlak üzərində hüquqların əldə edilməsində dövlət reyestri və
“Yüksək tələbatı nəzərə alaraq, aktiv bilet satışı dövrünün hazırkı 30 gündən
İstirahət üçün təhlükəsiz məkan hesab edilməsinə baxmayaraq, suyun
ABŞ Prezidenti Donald Tramp bioloji baxımdan kişi olan transgenderlərin qadın
Avstriyalı fermer Rudolf Şaubax qoyunları canavarlardan qorumaq üçün xüsusi
Çex Respublikasının Prezidenti Petr Pavel hökumətin onu qarşıdan gələn NATO
Təxminən 30 ildir Everest dağının “ölüm zonası”nda qalan və alpinistlər
Bu gün Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf

HƏMAS sağ qalan israilli girovların siyahısını hələ də təqdim etməyib

25 dek 2024, 09:12
HƏMAS sağ qalan israilli girovların siyahısını hələ də təqdim etməyib

İsrail rəsmiləri hesab edir ki, Fələstin qrupu sağ qalanların siyahısını təqdim etməyənə qədər HƏMAS-la Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılaşmaya nail olmaq mümkün deyil.

Liderxeber.az-ın məlumatına görə, bu barədə "The Jerusalem Post" qəzeti yazıb.

“HƏMAS hələ də sağ olan girovların siyahısını təqdim etməyib. Bunsuz razılaşmaya nail olmaq mümkün deyil”, - İsrailin adını çəkilməyən məmuru bildirib.

O əlavə edib ki, vasitəçilər HƏMAS-a siyahını tələb etmək üçün təzyiq göstərirlər, lakin çox güman ki, HƏMAS lideri Yəhya Sinvarın oktyabrda öldürülən kiçik qardaşı Məhəmməd Sinvar bundan imtina edir.

İsrail rəsmisinin sözlərinə görə, danışıqlar siyahı olmadan da davam edə bilər, lakin bunsuz sıçrayış əldə etmək mümkün deyil.

Qəzza zolağında atəşkəs və HƏMAS-ın əsir götürdüyü israilli girovların azad edilməsinə dair sazişin bağlanması üçün vasitəçilərin iştirakı ilə aparılan danışıqlar neçə aydır dayanmır. “The Jerusalem Post”un məlumatına görə, şənbə günü danışıqların iştirakçısı olan Fələstin rəsmisi jurnalistlərə bildirib ki, girov razılaşması və atəşkəs danışıqları “90 % tamamlanıb”.

Ötən həftə Livanın “Əl-Mayadeen” telekanalı bildirib ki, HƏMAS razılaşmanın ilk mərhələsində 34 girovu azad edə bilər.

İsrail ilk növbədə qadın və uşaqların, o cümlədən özünün Müdafiə Ordusunun qadın hərbi qulluqçularının azad olunmasını tələb edir.

Bunun müqabilində İsrail ömürlük həbs cəzası almış bir neçə şəxs də daxil olmaqla qeyri-müəyyən sayda fələstinli məhbusu azad edəcək.