Son Xəbərlər
Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Tibb Mərkəzinin birgə
Slovakiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Prezidenti İlham Əliyevə
Mayın 14-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə təhsili
Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu
Ali Məhkəmədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə
Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri
Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə
Sabah güclü külək olacaq. Pressa.az xəbər verir ki, bu barədə Ekologiya və
Sabah güclü külək olacaq. LiderXəbər.az xəbər verir ki, bu barədə Ekologiya və
banner

İranla Səudiyyə Ərəbistanı səfirlik və konsulluqların açılması barədə razılığa gəlib

06 apr 2023, 11:05
İranla Səudiyyə Ərəbistanı səfirlik və konsulluqların açılması barədə razılığa gəlib

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri müəyyənləşdirilmiş vaxtda səfirliklərini və konsulluqlarını yenidən açmaq barədə razılığa gəliblər.

Liderxəbər İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə İran və Səudiyyə Ərəbistanı XİN başçılarının birgə bəyanatında qeyd olunub.

Bəyanatda bildirilib ki, danışıqlar zamanı hər iki tərəf Pekin Sazişinin icrasını və onun qarşılıqlı inam və əməkdaşlığı genişləndirən, regionda təhlükəsizlik, sabitlik və rifahın yaradılmasına kömək edəcək şəkildə aktivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Birgə bəyanatda o da qeyd olunub ki, hər iki ölkənin XİN başçıları ikitərəfli əlaqələrin genişləndirilməsi və iki ölkə arasında 2001-ci ildə imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin və 1998-ci ildə imzalanmış iqtisadiyyat, ticarət, investisiya, texnologiya, elm, mədəniyyət, idman və gənclik sahələrində ümumi əməkdaşlıq sazişinin aktivləşdirilməsini vurğulayıblar.

Tərəflər razılaşdırılmış müddət ərzində iki ölkənin səfirliklərinin yenidən açılması və Ər-Riyad və Tehranda iki ölkənin səfirliklərinin, Ciddə və Məşhəddə bu iki ölkələrin konsulluqlarının açılması üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəliblər.

Tərəflər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi yollarını araşdırmaq üçün texniki nümayəndə heyətləri arasında lazımi koordinasiyanı davam etdirmək, həmçinin rəsmi nümayəndə heyətlərinin və özəl sektorun uçuşlarının və qarşılıqlı səfərlərinin bərpası, iki ölkə üçün vizaların eyni zamanda Ümrə vizalarının verilməsini asanlaşdırmaq barədə razılaşıblar.

Birgə bəyanatda bildirilib ki, tərəflər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi qarşısında duran bütün maneələri aradan qaldırmağa hazırdırlar və regionun təhlükəsizliyini və sabitliyini təmin edə biləcək, onun xalqlarının və ölkələrinin maraqlarına uyğun istənilən sahədə əməkdaşlığı genişləndirmək barədə razılaşırlar.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Əmir Feysəl bin Fərhan Əl Səud iranlı həmkarı Hüseyn Əmir Abdullahianı Səudiyyə Ərəbistanına səfər etmək və Ər-Riyadda ikitərəfli görüş keçirməyə dəvət edib.

Əmir Abdullahian bu dəvəti müsbət qarşılayıb və öz növbəsində həmkarını İrana səfərə və Tehranda ikitərəfli görüş keçirməyə dəvət edib. Səudiyyə Ərəbistanının xarici işlər naziri dəvəti qəbul edib.

Qeyd edək ki, birgə bəyanatın imzalanması mərasimində Çin xarici işlər naziri Qin Gang da iştirak edib.