Son Xəbərlər
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə Gürcüstan və
Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.
Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi ikitərəfli
2013-cü ildən indiyədək "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO)
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bakıya gələcək. Liderxeber.az
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda xalqın qan
İsrail hakimiyyəti Fələstinin HƏMAS hərəkatı ilə razılaşmanın birinci
Azərbaycan "NATO-Gürcüstan - 2025" hərbi təlimində iştirak edəcək.
Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli
Yanvarın 20-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya
banner

Qazaxıstan hökuməti istefaya göndərilib

29 mar 2023, 12:48
Qazaxıstan hökuməti istefaya göndərilib

Qazaxıstan hökuməti Məclisin (parlamentin aşağı palatası) yeni tərkibinin seçilməsi ilə əlaqədar istefa verib. 

LiderXəbər “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu gün VIII çağırış Məclisin ilk iclasının açılışında Alixan Smailovun Nazirlər Kabineti yeni seçilmiş Məclis qarşısında istefa verib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunana qədər hökumətə öz vəzifələrini icra etməyi tapşıran fərman imzalayıb.

Qeyd edək ki, 98 deputatın daxil olduğu Məclisə növbədənkənar seçkilər martın 19-u keçirilib. Bu, qarışıq seçki sistemi üzrə həyata keçirilib: deputatların 70%-i (69 nəfər) partiya siyahıları, 30%-i (29 nəfər) birmandatlı seçki dairələri üzrə seçilib. Hakim Amanat Partiyası 53,9% səs toplayıb ki, bu da partiyanın artıq bölüşdürdüyü 40 mandata uyğundur.