Son Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Giyoma təbrik
Çuğundur, ispanaq və kələm kimi tərəvəzləri qəbul etdikdən sonra saqqız
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin
Avropa son illərin ən güclü isti hava dalğalarından biri ilə üz-üzə qalıb.
Xəbər verdiyimiz kimi, dünən Xəzər rayonu Mərdəkan çimərliyində 4 gənc batıb.
2026-cı il Dünya Çempionatının I qrupunda Fransa ilə İraq arasında keçirilən
İyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur.
İran Prezidenti Məsud Pezeşkian sabah Pakistana səfər edəcək. Liderxeber.az

Rusiya Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq

24 okt 2023, 14:38
Rusiya Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq

Rusiya Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq.

LiderXəbər-in Moskva müxbiri xəbər verir ki, söhbət sahibkarlıq və əmək fəaliyyəti üçün Ermənistan Respublikasının sürücülük vəsiqəsinin tanınmamasından gedir.

Dövlət Dumasının bu məsələni qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəldiyi bildirilib.

Dövlət Duması Ermənistan vətəndaşlarının iş və sahibkarlıq fəaliyyəti üçün milli sürücülük vəsiqələrinin tanınmasını qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib.

Qanun layihəsinə baxılmasının dayandırılmasını təklif edən Dumanın Nəqliyyat Komitəsinin sədri Yevgeni Moskviçev bunun “hazırda Rusiyanın maraqlarına uyğun olmadığını” deyib.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə qeyd edib ki, bununla Ermənistan əlavə üstünlüklər əldə edəcəkdi, lakin rəsmi İrəvan rus dilinin statusunu möhkəmləndirmək üçün heç bir addım atmayıb.

"Bu meyar əsasında Moskva digər ölkələrin milli sürücülük vəsiqələrinin Rusiya ərazisində istifadəsinə icazə verib-vermədiyini müəyyənləşdirir", deyə o izah edib. Rus dilinin statusunun konstitusiya ilə təsbit edildiyi Belarus, Qazaxıstan və Qırğızıstan vətəndaşları bu imkana malikdirlər.

Qeyd edək ki, Rusiyada xarici ölkələrin sürücülük vəsiqələri yalnız şəxsi avtomobil istifadəsi zamanı tanınır. Lakin bu qayda Gömrük İttifaqına daxil olan ölkələrə şamil olunmayıb. Belə ki, İttifaqa üzv olan Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstanın sürücülük vəsiqələri sahibkarlıq və əmək fəaliyyəti üçün tanınıb. Yəni, bu ölkələrin sürücülük vəsiqəsi ilə vətəndaş taksi və yükdaşıma fəaliyyəti ilə məşğul ola bilib.