Son Xəbərlər
İndoneziya hakimiyyəti adi turist vizaları ilə Balidə işləyən xarici
Neftçala Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib.
Balakəndə 43 yaşlı kişini sel aparıb. Liderxeber.az xəbər verir ki, rayonun
Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına yeni
"Təəssüf ki, başqa ölkələrdəki hərbi münaqişələrdə Azərbaycan
Suriya Prezidenti Əhməd əl-Şaraa NATO-nun 36-cı sammiti çərçivəsində Ankaraya
2026-cı ilin birinci yarımilliyində Yaponiyada 5.3 mindən çox özəl müəssisənin
"Azərbaycanın iqtisadi nümayəndələrindən ibarət işçi qrupu İordaniyaya
"Rəsmi Tehran ABŞ-nin Maliyyə Nazirliyinin İran neftinin satışına qoyulan
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam

Balidə bloqerlərə qadağa

08 iyl 2026, 17:25
Balidə bloqerlərə qadağa

İndoneziya hakimiyyəti adi turist vizaları ilə Balidə işləyən xarici influenserlər və kontent yaradıcıları üçün viza qaydalarını sərtləşdirib. 

Liderxeber.az “SmartTraveller” portalına istinadən xəbər verir ki, hökumət bloqerlər üçün təcili xəbərdarlıq yayımlayaraq, səfərdən əvvəl viza növünü dəqiqləşdirməyə çağırıb.

Bildirilib ki, turist vizası ilə Baliyə səfər edən şəxslərin hətta adanı tərk etdikdən sonra belə kommersiya məqsədilə hər hansı kontent paylaşması ciddi qanun pozuntusu hesab edilir.

İmmiqrasiya xidməti artıq Balidə onlarla xaricini saxlayıb. Ekspatlar arasında məşhur olan Çanqu və Ubud kimi rayonlarda müntəzəm patrul xidməti həyata keçirilir.

Viza rejiminin pozulmasına görə bloqerləri böyük cərimələr, deportasiya və hətta İndoneziyaya ömürlük giriş qadağası gözləyir.