Son Xəbərlər
"Təəssüf ki, başqa ölkələrdəki hərbi münaqişələrdə Azərbaycan
Suriya Prezidenti Əhməd əl-Şaraa NATO-nun 36-cı sammiti çərçivəsində Ankaraya
2026-cı ilin birinci yarımilliyində Yaponiyada 5.3 mindən çox özəl müəssisənin
"Azərbaycanın iqtisadi nümayəndələrindən ibarət işçi qrupu İordaniyaya
"Rəsmi Tehran ABŞ-nin Maliyyə Nazirliyinin İran neftinin satışına qoyulan
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İordaniya Haşimilər Krallığının Baş
ABŞ-nin hərbi rəhbərliyi fevral ayında İranda bir sıra hədəflərə, o cümlədən
İran Silahlı Qüvvələrinin "Xətəm əl-Ənbiya" mərkəzi qərargahının

ABŞ-nin İrana qarşı sanksiyaları bərpa etməsinə Tehrandan sərt reaksiya

08 iyl 2026, 12:47
ABŞ-nin İrana qarşı sanksiyaları bərpa etməsinə Tehrandan sərt reaksiya

"Rəsmi Tehran ABŞ-nin Maliyyə Nazirliyinin İran neftinin satışına qoyulan sanksiyaların müvəqqəti dayandırılmasını ləğv etmək qərarını sərt şəkildə pisləyir".

Liderxeber.az xəbər verir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəsmi bəyanat yayıb.

"İslamabad memorandumunun imzalanmasından 20 gündən az vaxt keçdiyi bir şəraitdə iyunun 21-də verilmiş ümumi lisenziyanın ləğv edilməsi ABŞ-nin hakim dairələrinin qeyri-səmimiliyinin, qeyri-ardıcıllığının və etibarsızlığının daha bir sübutudur. Bu hadisə həm də ona görə diqqət çəkir ki, son 20 gün ərzində ABŞ birbaşa və ya İsrailin Livana qarşı hərəkətləri vasitəsilə dolayısı ilə sözügedən memorandumun müxtəlif bəndlərini dəfələrlə həm kiçik, həm də ciddi şəkildə pozub", - deyə açıqlamada qeyd olunub.

Açıqlamada bildirilib ki, memorandumun imzalandığı tarixdən bu günə qədər İran yalnız xoşməramlılıq nümayiş etdirib və bütün potensialı ilə sənəd üzrə öz öhdəliklərini yerinə yetirməyə çalışıb:

"Buna baxmayaraq, ABŞ hökuməti dəyişməz vərdişinə uyğun olaraq, öz öhdəliklərini pozmaqla yanaşı, bu addımlarını müxtəlif bəhanələrlə əsaslandırmağa cəhd edir. İranın Xarici İşlər Nazirliyi ABŞ tərəfindən müqavilənin pozulmasının yaradacağı fəsadlar barədə xəbərdarlıq edərək bildirir ki, Tehran öz milli maraqlarını və təhlükəsizliyini qorumaq üçün zəruri hesab etdiyi bütün tədbirləri görəcək".

Qeyd edək ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyindən İran neftinin hasilatına, tədarükünə və satışına icazə verən ümumi lisenziyanı geri götürüldüyünü bildirilib.