Son Xəbərlər
"Təəssüf ki, başqa ölkələrdəki hərbi münaqişələrdə Azərbaycan
Suriya Prezidenti Əhməd əl-Şaraa NATO-nun 36-cı sammiti çərçivəsində Ankaraya
2026-cı ilin birinci yarımilliyində Yaponiyada 5.3 mindən çox özəl müəssisənin
"Azərbaycanın iqtisadi nümayəndələrindən ibarət işçi qrupu İordaniyaya
"Rəsmi Tehran ABŞ-nin Maliyyə Nazirliyinin İran neftinin satışına qoyulan
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İordaniya Haşimilər Krallığının Baş
ABŞ-nin hərbi rəhbərliyi fevral ayında İranda bir sıra hədəflərə, o cümlədən
İran Silahlı Qüvvələrinin "Xətəm əl-Ənbiya" mərkəzi qərargahının

Bloomberg: Avropa Azərbaycan qazını Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri ilə nəql etmək istəyir

11 iyn 2024, 09:05
Bloomberg: Avropa Azərbaycan qazını Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri ilə nəql etmək istəyir

Avropa Azərbaycan qazını Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri ilə nəql etmək istəyir.

Liderxeber.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Belə ki, Avropa İttifaqı və Avropa hökumətlərinin rəsmiləri Rusiya qazının Ukrayna vasitəsilə icma ölkələrinə tranzitinə dair sazişin müddətinin 2025-ci ilə qədər uzadılması üçün Kiyev tərəfi ilə danışıqlar aparır.

Qeyd olunub ki, hazırda müzakirə olunan variantlardan biri də Avropanın Azərbaycandan qaz alması və onun Ukrayna ərazisindən keçən Rusiya qaz kəmərləri ilə nəqlidir.

Bu, Aİ-nin enerji resurslarından imtina etməyə çalışdığı Rusiya Federasiyasının özündən qaz almaq imkanını aradan qaldırır. Ukrayna ərazisindən tranziti saxlamaq niyyəti Avropa İttifaqının bunu Kiyevin iqtisadiyyatını qorumaq amillərdən biri hesab etməsi ilə bağlıdır.

Bundan əlavə, Avropa rəsmiləri boru kəmərlərinin fəaliyyətsiz qalacağı təqdirdə yararsız hala düşə və ya hərbi hədəfə çevrilə biləcəyindən ehtiyat edirlər.

Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru Aleksey Çernışovun agentliyə verdiyi məlumata görə, Kiyev Bakıdan qaz almaq təşəbbüsünü müsbət qiymətləndirir və ölkədə yerləşən infrastrukturdan istifadəni davam etdirmək niyyətindədir. Eyni zamanda, o, Ukraynanın Rusiyanın “Qazprom”u ilə təmasları nəzərdə tutan tranzitin uzadılması üçün Aİ layihələrində iştirakını istisna edib.