Son Xəbərlər
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasına
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ili tamam olur.
25 iyun 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
Venesuelada paytaxt Karakas yaxınlığında baş verən 7,2 və 7,5 bal gücündə iki
2026-cı il Dünya Çempionatının D qrupunda keçirilən Paraqvay – Avstraliya
Türkiyə millisi dünya çempionatının qrup mərhələsində sonuncu oyununa çıxacaq.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 26 iyun – Azərbaycan
Çinin “Alibaba” şirkəti Pentaqonu məhkəməyə verib. Liderxeber.az xəbər verir
İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
"Aşura günü qanvermə aksiyasında iştirak edənlərin sayı ilbəil

180 illik sirr açıldı

14 may 2026, 08:22
180 illik sirr açıldı

1845-ci ildə Arktikada itkin düşən məşhur Franklin ekspedisiyasının bəzi üzvlərinin kimliyi təxminən 180 ildən sonra DNT analizləri vasitəsilə müəyyən edilib.

Liderxeber.az xəbər verir ki, İngiltərədən yeni dəniz marşrutu tapmaq məqsədilə yola çıxan Con Franklinin rəhbərlik etdiyi ekspedisiyada həlak olan dörd dənizçinin qalıqları müasir genetik texnologiyalar sayəsində tanınıb.

Alimlər Arktikada tapılmış sümük fraqmentlərini ekspedisiya üzvlərinin nəslindən götürülən DNT nümunələri ilə müqayisə edərək nəticəyə gəliblər. Müəyyən olunan şəxslərin “HMS Erebus” və “HMS Terror” gəmilərində xidmət etdikləri bildirilib.

Tədqiqatın ən diqqətçəkən nəticələrindən biri uzun illər kimliyi mübahisə doğuran Harri Peqların qalıqlarının müəyyən edilməsi olub. Onun fərqli rütbəyə aid forma ilə tapılması səbəbindən illərlə yanlış tanındığı qeyd edilir.

DNT analizləri nəticəsində həmin qalıqların, həqiqətən, Peqlara məxsus olduğu təsdiqlənib və bununla da 166 illik mübahisəyə son qoyulub.

Alimlər hesab edirlər ki, dənizçi intizam pozuntusuna görə vəzifəsindən uzaqlaşdırıldıqdan sonra başqa forma geyinmiş ola bilər.

Araşdırma zamanı ekspedisiyada həyatını itirən şəxslərin şəxsi həyatları barədə də yeni məlumatlar əldə olunub. Onların arasında 11 yaşında dənizçiliyə başlayan musiqiçi və 17 yaşında ekspedisiyaya qatılan gənc heyət üzvünün olduğu bildirilir.

Bildirilir ki, gələcəkdə digər qohumlardan götürüləcək DNT nümunələri vasitəsilə Franklin ekspedisiyasının daha çox qurbanının kimliyini müəyyən etmək mümkün olacaq.