Son Xəbərlər
İsrail və Livan nümayəndələri Vaşinqtonda keçirilən danışıqlarda İsrail
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran İslam Şurası Məclisinin sədri
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) qanunun tələblərinə zidd olaraq
“Hər bir müsahibədə Elm və Təhsil Nazirliyi olaraq müəyyən məqamlara toxunaraq
Kriştianu Ronaldonun ötən gün Özbəkistanla matçdan paylaşdığı foto qısa
Azərbaycan Beynəlxalq Bankının (ABB) bəzi kart əməliyyatları ilə bağlı texniki
Azərbaycan Hava Yollarının (AZAL) 24 iyun 2026-cı il tarixinə planlaşdırılan
Gürcüstanın Tbilisi şəhərində BMT-nin Dövlət Xidmətləri Forumunun açılış
"Azərbaycanda kasko sığortasına yeni yanaşmalar tətbiq olunacaq".
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava

İsrail Livanda həmin ərazilərə nəzarəti yerli hərbçilərə təhvil verə bilər

24 iyn 2026, 17:51
İsrail Livanda həmin ərazilərə nəzarəti yerli hərbçilərə təhvil verə bilər

İsrail və Livan nümayəndələri Vaşinqtonda keçirilən danışıqlarda İsrail ordusunun Livanın cənubunda nəzarətdə saxladığı ərazinin bir hissəsini yerli hərbçilərə təhvil verməsi ideyasını müzakirə edirlər.

Liderxeber.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Livan və İsrail mənbələrinə istinadən məlumat yayıb. 

Bildirilib ki, Vaşinqtonun dəstəklədiyi plana əsasən, ərazidə yerləşdiriləcək Livan hərbçiləri əvvəlcə ABŞ-nin təşkil etdiyi hazırlıq və yoxlamadan keçməlidirlər. Bu yolla həmin hərbçilərin “Hizbullah” hərəkatı ilə əlaqəsinin olmadığını müəyyən etmək planlaşdırılır. İsrail isə öz növbəsində Livanla sərhəddəki bufer zonada hərbi mövcudluğunu qorumalıdır.

Xatırladaq ki, iyunun 23-də ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda İsrail və Livan arasında birbaşa danışıqların 5-ci raundu başlayıb.