Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Kreml Putinin Zelenski ilə danışıqlara hazır olduğunu təsdiqlədi

18 fev 2025, 15:15
Kreml Putinin Zelenski ilə danışıqlara hazır olduğunu təsdiqlədi

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin həlli üçün zərurət yaranarsa, Prezident Volodimir Zelenski ilə danışıqlarda iştirak etməyə hazırdır.

Liderxeber.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistlərə bildirib.

O, Putinin dəfələrlə Ukraynanın hazırkı rəhbəri ilə danışıqlara hazır olduğunu bəyan etdiyini xatırladıb.

"Eyni zamanda, əldə olunacaq razılaşmaların hüquqi təsdiqi ciddi müzakirə tələb edir. Çünki mövcud reallıq Zelenskinin legitimliyinin mübahisələndirilməsinə imkan verir. Putin dəfələrlə bu barədə bəyanatlar verib", – deyə Peskov əlavə edib.

Qeyd edək ki, rəsmi Moskva Ukrayna Prezidenti Vladimir Zelenskini legitim lider hesab etmir, çünki onun prezidentlik müddəti 2024-cü ilin mayında başa çatıb. Ukrayna hakimiyyəti ölkədə hərbi vəziyyətə istinad edərək prezident seçkiləri keçirməkdən imtina edib.