Son Xəbərlər
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasına
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ili tamam olur.
25 iyun 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
Venesuelada paytaxt Karakas yaxınlığında baş verən 7,2 və 7,5 bal gücündə iki
2026-cı il Dünya Çempionatının D qrupunda keçirilən Paraqvay – Avstraliya
Türkiyə millisi dünya çempionatının qrup mərhələsində sonuncu oyununa çıxacaq.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 26 iyun – Azərbaycan
Çinin “Alibaba” şirkəti Pentaqonu məhkəməyə verib. Liderxeber.az xəbər verir
İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
"Aşura günü qanvermə aksiyasında iştirak edənlərin sayı ilbəil

Putinin xaricdə Rusiya ordusundan istifadə səlahiyyətləri genişləndirildi

13 may 2026, 17:26
Putinin xaricdə Rusiya ordusundan istifadə səlahiyyətləri genişləndirildi

Rusiya Dövlət Duması ölkə prezidentinin silahlı qüvvələrdən ölkə xaricində istifadə səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən qanunu ikinci və üçüncü oxunuşlarda qəbul edib. 

Liderxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Vətəndaşlıq haqqında” və “Müdafiə haqqında” federal qanunlara edilən düzəlişlərə əsasən, bundan sonra Prezident Vladimir Putin xaricdə Rusiya vətəndaşlarının həbs edilməsi, saxlanılması, cinayət və digər təqibə məruz qalması hallarında onların müdafiəsi üçün ordunun xidmətlərindən yararlana biləcək.

Məlumata görə, söhbət rusiyalıların xaricdə Rusiyanın iştirakı olmadan səlahiyyətlərə malik olan məhkəmələr, eləcə də Rusiyanın tanımadığı beynəlxalq məhkəmə orqanları tərəfindən həbs edildiyi hallardan gedir. 

Qeyd edək ki, qüvvədə olan “Təhlükəsizlik haqqında” federal qanuna əsasən, prezident ölkələrin və ya beynəlxalq orqanların Rusiyanın maraqlarına zidd və ya Rusiyada ictimai hüquq qaydalarının əsaslarına zidd qərarlar qəbul etdiyi hallarda qoşunları xaricə göndərmək hüququna malikdir.