Son Xəbərlər
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasına
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ili tamam olur.
25 iyun 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
Venesuelada paytaxt Karakas yaxınlığında baş verən 7,2 və 7,5 bal gücündə iki
2026-cı il Dünya Çempionatının D qrupunda keçirilən Paraqvay – Avstraliya
Türkiyə millisi dünya çempionatının qrup mərhələsində sonuncu oyununa çıxacaq.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 26 iyun – Azərbaycan
Çinin “Alibaba” şirkəti Pentaqonu məhkəməyə verib. Liderxeber.az xəbər verir
İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
"Aşura günü qanvermə aksiyasında iştirak edənlərin sayı ilbəil

Həmin azərbaycanlı ailəyə azyaşlı uşaqları qaytarıldı - Foto

08 may 2026, 11:58
Həmin azərbaycanlı ailəyə azyaşlı uşaqları qaytarıldı - Foto


Ötən il xaricdə yaşayan Azərbaycan vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın əllərindən alınan 2 övladı - Dəniz və Araz Abdullayevlər ailəyə qaytarılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Gültac Abdullayeva sosial şəbəkə hesabında məlumat verib.

O, təxminən 1 ildir davam edən məhkəmə prosesində hər şeyin sübut olunduğunu, uşaqları geri aldıqlarını bildirib: “Məhkəmədə hər şey aydın oldu və uşaqlarımıza qarşı heç bir şiddət olmadığı sübut edildi. Yaşananların böyük bir yanlış anlaşılmadan ibarət olduğu ortaya çıxdı. Şükürlər olsun ki, bu gün balalarımızı yenidən qucağımıza aldıq”.

G.Abdullayeva bu məsələdə onların hüquqlarını Almaniyada yaşayan azərbaycanlı vəkilin müdafiə etdiyini sözlərinə əlavə edib.

Xatırladaq ki, valideynlər saytımıza açıqlamalarında bildirmişdilər ki, onlar bir neçə il Almaniyanın Dortmund şəhərində yaşayıblar. Bundan sonra Almaniya tərəfi ananın bir neçə ay əvvəl xəstəxanada övladına əzab verdiyini iddia edərək övladlarının Avropadan çıxışına qadağa qoyub. Avqustun 6-sı ailə birdəfəlik Azərbaycana qayıtmaq üçün yola çıxıb. Bu zaman Paris Hava Limanında polis əməkdaşları onlara yaxınlaşaraq uşaqları əllərindən alıblar.

Daha sonra Azərbaycanın Fransadakı səfirliyi məlumat yayararaq uşaqların Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə bu ölkəyə geri qaytarıldığını bildirmişdi.