Son Xəbərlər
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasına
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ili tamam olur.
25 iyun 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
Venesuelada paytaxt Karakas yaxınlığında baş verən 7,2 və 7,5 bal gücündə iki
2026-cı il Dünya Çempionatının D qrupunda keçirilən Paraqvay – Avstraliya
Türkiyə millisi dünya çempionatının qrup mərhələsində sonuncu oyununa çıxacaq.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 26 iyun – Azərbaycan
Çinin “Alibaba” şirkəti Pentaqonu məhkəməyə verib. Liderxeber.az xəbər verir
İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
"Aşura günü qanvermə aksiyasında iştirak edənlərin sayı ilbəil

Epşteynin intihar qeydi yayımlandı - Foto

07 may 2026, 09:05
Epşteynin intihar qeydi yayımlandı - Foto

ABŞ-də azyaşlı qızların cinsi istismarı və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə həbs edilən, 2019-cu ildə həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynə aid olduğu iddia edilən intihar qeydi ictimaiyyətə açıqlanıb.

Liderxeber.az CNN-ə istinadən xəbər verir ki, ABŞ federal hakimi Epşteynin ölümündən bir neçə həftə əvvəl yazıldığı bildirilən qeydin məxfiliyinin götürülməsinə qərar verib.

Qeyddə uzun sürən araşdırmalara baxmayaraq onun əleyhinə heç nə tapılmadığına işarə edən ifadələrin yer aldığı bildirilir. Mətndə belə cümlələrin olduğu qeyd olunur: “Məndən nə istəyirsiniz, ağlayım və sızıldayım? İnsan üçün nə vaxt vidalaşacağını seçə bilməsi böyük nemətdir”.

ABŞ mediasının məlumatına görə, qeydin, həqiqətən, Epşteyn tərəfindən yazılıb-yazılmadığı hələlik dəqiq müəyyən edilməyib.

Sənədin Epşteynin kamera yoldaşı Nikolas Tartalione tərəfindən tapıldığı bildirilir.

“New York Times” qəzetinin yazdığına görə, Tartalione həmin qeydi Epşteynin həbsxanada intihar cəhdindən bir neçə həftə sonra aşkarlayıb.

Qeyd daha sonra Tartalionenin cinayət işi çərçivəsində federal məhkəmə tərəfindən möhürlənərək gizli saxlanılıb. Tartalione isə sonradan məhkəməyə müraciət edərək sənədin açıqlanmasını istəyib.

Qeyd edək ki, Ceffri Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhetten Metropoliten İslah Mərkəzindəki kamerasında ölü tapılmışdı. Rəsmi versiyaya görə, o intihar edib.

Epşteyn işi illərdir ABŞ-də ən qalmaqallı cinayət işlərindən biri hesab olunur. Məhkəmə sənədlərində və istintaq materiallarında bir sıra məşhur siyasətçi, iş adamı və ictimai fiqurların adları çəkilib.

Onların arasında Böyük Britaniya şahzadəsi Endryu, ABŞ Prezidenti Donald Tramp, keçmiş Prezident Bill Klinton, keçmiş İsrail baş naziri Ehud Barak, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild və digər tanınmış şəxslər yer alıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) və Ədliyyə Nazirliyi tərəfindən aparılan araşdırmaların nəticəsində Epşteynin yüksək vəzifəli şəxslərlə bağlı gizli “müştəri siyahısı” saxladığına dair sübut əldə olunmadığı açıqlanıb.