Son Xəbərlər
25 iyun 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
Venesuelada paytaxt Karakas yaxınlığında baş verən 7,2 və 7,5 bal gücündə iki
2026-cı il Dünya Çempionatının D qrupunda keçirilən Paraqvay – Avstraliya
Türkiyə millisi dünya çempionatının qrup mərhələsində sonuncu oyununa çıxacaq.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 26 iyun – Azərbaycan
Çinin “Alibaba” şirkəti Pentaqonu məhkəməyə verib. Liderxeber.az xəbər verir
İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
"Aşura günü qanvermə aksiyasında iştirak edənlərin sayı ilbəil
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, bu il
Almaniya hökuməti yaşlanan əhali və pensiya sisteminə artan təzyiqlər fonunda

ABŞ və İranı atəşkəsi pozmamağa çağırdı

05 may 2026, 12:34
ABŞ və İranı atəşkəsi pozmamağa çağırdı

Pakistan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisinə endirilən zərbələri pisləyir. 

Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında etdiyi paylaşımda bildirib. 

O, ABŞ və İran arasında atəşkəs rejiminin təmin edilməsinin və dialoq üçün məkanın qorunmasının zəruri olduğunu bildirib.

“Pakistan ötən gecə Birləşmiş Ərəb Əmirliklərində mülki infrastruktura qarşı raket və pilotsuz uçuş aparatı hücumlarını qətiyyətlə pisləyir. Regionda davamlı sülh və sabitliyə aparan dialoq üçün zəruri diplomatik məkanı təmin etmək məqsədilə atəşkəs rejiminin qorunması son dərəcə vacibdir”, - o qeyd edib.

Xatırladaq ki, ötən gün BƏƏ-nin Müdafiə Nazirliyi İrandan dördqanadlı raket atıldığını bəyan edib. Məlumata görə, 3 raket ərazi suları üzərində uğurla vurulub, digəri isə dənizə düşüb. İran isə BƏƏ-yə hücum etmədiyini iddia edib.