Son Xəbərlər
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə

Oruc tutarkən hansı davranışlardan çəkinmək lazımdır?

10 mar 2025, 11:00
Oruc tutarkən hansı davranışlardan çəkinmək lazımdır?

"Ramazan ayında oruc tutarkən yalnız ac və susuz qalmaq kifayət deyil. Çünki Ramazan orucunun əsas fəlsəfəsi insanın öz nəfsini tərbiyə etməsi, canını çəkdiyi şeylərdə özünü saxlaya bilməsidir".

Bu fikirləriaçıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, ilahiyyatçı Elvüsal Məmmədov deyib.

İlahiyyatçı vurğulayıb ki, insan oruc tutmaqla nəfsini tərbiyə edir, mənəvi saflaşır:

"Biz bir ay ərzində oruc tutmaqla Allahın müəyyən əmrlərinə itaət edirik, qadağalarından çəkinirik. Bir aylıq tərbiyə prosesi bizdə mütləq ki, dəyişiklik yaradacaq. Orucun insan üzərində mənəvi təsirinin baş verməsi üçün bəzi hərəkətlərdən çəkinməliyik.

Obrazlı ifadə ilə desək, biz dilimizlə də oruc tutmalıyıq. Yəni Ramazan ayında yalan danışmaqdan, qeybət etməkdən, söz gəzdirməkdən, söz atmaqdan, şirk qoşmaqdan və bunun kimi xoşagəlməz əməllərdən uzaq olmalıyıq. Peyğəmbərimiz buyurur ki, yalan danışmağı və saxtakarlıq etməyi tərgitməyənin yemək və içkini tərgitməsinə Allahın ehtiyacı yoxdur. Mənbələrdə qarşımıza belə bir hədis çıxır: "Oruc tutmaq yemək və içməyi tərgitmək deyil, əksinə, pis söz danışmaqdan və buna oxşar hərəkətlərdən çəkinməkdir. Əgər birisi sizə sataşarsa və ya sizə qarşı nadanlıq edərsə, ona bildirin ki, oruc tutmusunuz.

Bundan başqa, biz gözümüzlə oruc tutmalıyıq. Yəni gözlə edilən günahlardan uzaq qalmalıyıq. Harama baxmamalıyıq.

Qulağımızla oruc tutmalıyıq. Yəni qeybət dinləməməliyik. İslamın bəyənmədiyi musiqi formalarına qulaq asmamalıyıq. Eləcə də ac və susuz qalmaq üçün günümüzü yatmaqla keçirməkdən, filmlərə baxmaqdan yayınmalıyıq. Çalışmalıyıq ki, Quran oxuyaq, dua edək, əlavə namazlar qılaq və bunlara diqqət yetirək. Bundan əlavə, mübahisələrdən çəkinmək lazımdır. İctimai nəqliyyatda və ya şəxsi avtomobili idarə edərkən baş verən xoşagəlməz halların yaratdığı gərginliklə mübarizə apararaq daxilən sakit olmağa çalışmalıyıq. Belə olduğu təqdirdə, orucun mənəvi təsirini özümüzdə hiss edəcəyik".