Son Xəbərlər
Brüssel və Pekin yaxın zamanda Çin elektromobillərinin Avropaya idxalı üzrə
Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız
Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı
Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin
Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta"
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
banner

Soçidə Ərdoğanla Putin arasında görüş keçirilib

04 sen 2023, 16:35
Soçidə Ərdoğanla Putin arasında görüş keçirilib

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüş başa çatıb.

LiderXəbər xəbər verir ki, müzakirələr 1 saat yarım davam edib.

14:16

Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş başlayıb.

Danışıqlar “Rus” sanatoriyasının “İmperial” korpusunda keçirilir.

“Bizim əlaqələrimiz heç kimin gözləmədiyi şəkildə inkişaf edir”, - V.Putin görüşün jurnalistlər üçün açıq olan hissəsində deyib.

Rusiya lideri söyləyib ki, R.T.Ərdoğanla təhlükəsizlik kimi çox əhəmiyyətli məsələləri müzakirə edəcəklər: “Ukraynadakı vəziyyəti, “Taxıl sazişi”, Suriya məsələsindən danışacağıq. Bir çox başqa istiqamətlərdə də məsələlər var onları da müzakirə edəcəyik”.

V.Putin Türkiyə ilə Rusiya arasında mövcud layihələrin icrasından da bəhs edib.

R.T.Ərdoğan isə deyib ki, dünya, xüsusi ilə Afrikanın az inkişaf etmiş ölkələri “Taxıl sazişi” ilə bağlı müzakirənin nəticələrini gözləyir.

O, Rusiyanın meşə yanğınları ilə mübarizə sahəsində Türkiyəyə göstərdiyi yardıma görə V.Putinə təşəkkür edib.

13:43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərində səfərdədir.

Məlumatı Türkiyə KİV-i yayıb.

O, Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflər Türkiyə-Rusiya ikitərəfli əlaqələri, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparacaqlar.

12:07

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə yola düşüb.

Məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, o, Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflər Türkiyə-Rusiya ikitərəfli əlaqələri, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparacaqlar.

İki ölkə liderləri BMT-nin yeni şərtlərinə uyğun olaraq “Taxıl sazişi”nin bərpası barədə müzakirəni planlaşdırır. Məlumata görə, BMT-nin əsas təkliflərindən biri Avropa tərəfindən Rusiyanın qida istehsalçılarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır.

V.Putin və R.T.Ərdoğan arasında keçiriləcək danışıqlarda Qətərin iştirakı ilə Rusiya taxılının Türkiyə üzərindən Afrikaya çatdırılması variantı da müzakirə olunacaq. Bundan əlavə, görüşdə Rusiyanın təbii qazının Türkiyə vasitəsilə Rusiyadan Avropaya nəqli məsələsinin də nəzərdən keçiriləcəyi gözlənilir.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğanı vitse-prezident Cevdet Yılmaz, İstanbulun valisi Davut Gül yola salıb. Onu Türkiyənin xarici işlər naziri Hakan Fidan, texnologiya naziri Mehmet Fatih Kaçır və başqa rəsmilər müşayiət edib.

Qeyd edək ki, 2022-ci il iyul ayında Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə “Taxıl sazişi” imzalanıb. Sənədin müddəti bu il iyulun 17-də başa çatıb və Moskva sazişdə iştirakını dayandırıb.

BMT Təhlükəsizlik Şurasının iyulun 21-də keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”nin müddətini uzatmağa çağırıb. Avqustun 31-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Hakan Fidan “Taxıl sazişi” barədə fikir mübadiləsi aparıblar. H.Fidan həmin görüşdən sonra BMT-nin “Taxıl saizişi” ilə bağlı yeni təkliflər hazırladığını bildirmişdi. İnformasiyaya əsasən, sammitin gündəliyinin ən əsas məsələsi “Taxıl sazişi”dir.