Son Xəbərlər
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.
Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində qızı Zəhra

Yumurta yuxunun keyfiyyətinə yaxşı təsir göstərir: Alimlərdən yeni araşdırma

10 dek 2025, 10:27
Yumurta yuxunun keyfiyyətinə yaxşı təsir göstərir: Alimlərdən yeni araşdırma

Adi toyuq yumurtası yuxunun keyfiyyətini artıra və menopauza dövründə qadınların metabolik sağlamlığına yaxşı təsir göstərə bilər.

Liderxeber.az xəbər verir ki, bu barədə Avstraliyanın Dikin Universiteti alimlərinin "Nutrients" jurnalında dərc olunmuş araşdırmasında deyilir.

Qadınların perimenopauza və menopauza dövrü yuxu pozğunluğu, çəki artımı, əzələ kütləsinin azalması və kardiometabolik risklərin artması ilə müşayiət olunur. Bu fonda yumurta tərkibindəki faydalı maddələri ilə seçilir: zülal, triptofan, D vitamini, melatonin və antioksidantlar.

Yumurtanı xüsusən də gec saatlarda yemək effektli sayıla bilər. Belə ki, əsas aminturşular və melotoninə bənzər maddələr yuxuya daha tez getməyi təmin edir.