Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

ÜST: Son 1 ayda koronavirusa yoluxma halları kəskin azalıb

09 iyn 2023, 08:46
ÜST: Son 1 ayda koronavirusa yoluxma halları kəskin azalıb

Mayın 8-dən iyunun 4-dək dünyada 1,7 milyondan çox insan koronavirusa yoluxub, 10,4 mindən çox insan xəstəlikdən ölüb.

LiderXəbər xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Eyni zamanda, diqqət çəkilib ki, ölənlərin sayı əvvəlki 28 günlə müqayisədə 47 %, yoluxmaların sayı 38 % azalıb.

Azərbaycanda isə Nazirlər Kabineti yanında Operativ Qərargahın təqdim etdiyi statistik məlumatlara əsasən eyni dövr ərzində 306 yoluxma, 20 ölüm halı qeydə alınıb ki, bu da aprelin 10-dan mayın 7-dək olan analoji dövrlə müqayisədə müvafiq olaraq 74 və 67 faiz azalma deməkdir. Belə ki, sözügedən aprel-may dövründə 1 195 yoluxma və 60 ölüm halı qeydə alınmışdı.

Bundan başqa, ÜST-nin məlumat bülleteninə əsasən, dörd həftə ərzində dünyada 1 720 356 yoluxma və 10 463 ölüm halı qeydə alınıb. Bu müddət ərzində ən çox yoluxma Koreya Respublikasında aşkarlanıb - 470 093. Sonrakı yerləri Avstraliya (147 684), Braziliya (113 286), Fransa (93 850) və ABŞ (93 260) tutur. Mayın 8-dən iyunun 4-dək ən çox ölüm ABŞ-də qeydə alınıb - 1943. İkinci yerdə Braziliya (1074), daha sonra isə Fransa (555), İtaliya (549) və Rusiya (532) gəlir.