Son Xəbərlər
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə

Rusiya İstintaq Komitəsi Yekaterinburqda saxlanılan azərbaycanlılar haqqında məlumat yayıb

02 iyl 2025, 17:48
Rusiya İstintaq Komitəsi Yekaterinburqda saxlanılan azərbaycanlılar haqqında məlumat yayıb

Yekaterinburqda saxlanılan azərbaycanlıların təqsirləndirildiyi qətllərin səbəbi biznesdə təsir dairələrinin bölünməsi ilə bağlı münaqişə olub.

Liderxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

"İstintaqla müəyyən edilib ki, cinayətkar qrupun tərkibində olan təqsirləndirilən şəxslərin 2001-ci ildə bıçaq xəsarətlərindən dünyasını dəyişən Yunis Paşayevin qətlində, 2010-cu ildə F.Şirinovu sifarişlə öldürməyə cəhddə, 2011-ci ildə isə Azərbaycan Respublikasının vətəndaşı İ.Hacıyevin qətlə yetirilməsində əlləri var. Bu cinayətlərin motivi, istintaqın hesab etdiyi kimi, biznesdə təsir dairələrinin bölünməsi, habelə şəxsi qisasçılıq olub", - deyə Rusiya İstintaq Komitəsinin rəsmisi bildirib.

S.Petrenko əlavə edib ki, ifadələrin yerindəcə alınması zamanı təqsirləndirilən şəxslərdən biri cinayətin baş vermə şəraiti ilə bağlı ifadə verib və şəriklərini ifşa edib.