Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

ÜST meymunçiçəyi epidemiyası ilə bağlı "fövqəladə vəziyyət"i ləğv edib

12 may 2023, 09:02
ÜST meymunçiçəyi epidemiyası ilə bağlı "fövqəladə vəziyyət"i ləğv edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə axşamı bildirib ki, meymunçiçəyi ilə bağlı 10 aylıq qlobal sağlamlıq fövqəladə vəziyyətinə son qoyur. Bu virusa yoluxma halları yüzdən çox ölkədə təsdiqlənib.

LiderXəbər-in “Reuters”ə istinadən xəbərinə görə, ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus təşkilatın Fövqəladə Hallar Komitəsinin tövsiyəsi əsasında meymunçiçəyi xəstəliyinə görə fövqəladə vəziyyətin başa çatdığını elan edib.

Bu addım xəstəliyinin yaratdığı böhranın nəzarət altında olduğunu göstərir.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri qeyd edib ki, son üç ayda xəstəliyə yoluxma halları əvvəlki eyni dövrlə müqayisədə demək olar ki, 90% azdır.

Təşkilatın son hesabatına görə, 2022-ci ilin əvvəlindən bu il mayın 8-dək dünyada bu xəstəliyə 87 mindən çox yoluxma faktı təsdiqlənib.

ÜST-ün meymunçiçəyi xəstəliyi üzrə fövqəladə komitəsinin sədr müavini Nikola Lou fövqəladə tədbirlərə güvənməkdənsə, xəstəliyin yaratdığı uzunmüddətli ictimai sağlamlıq risklərini idarə etmək üçün bir strategiyaya keçməyə ehtiyac olduğunu söyləyib.