Son Xəbərlər
Suriyanın müxalif Azad Suriya Ordusunun döyüşçüləri Deyr əz-Zora daxil olub.
Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq
Suriya hökuməti Prezident Bəşər Əsədin harada olduğunu bilmir. Liderxeber.az
Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli
"Qış aylarında xəstə sayımız daha çox olur. Yayda qan təzyiqi normaya
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
"Hizbullah"ın baş katibi Nəim Qasım deyib ki, İrandan gələn maliyyə
Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik
“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.
banner

Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir

14 noy 2024, 09:24
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir

1991-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd edilir.

2007-ci ildən həmin gün BMT-nin himayəsi altında keçirilir. 2006-cı ildə BMT Baş Assambleyası şəkərli diabetlə bağlı qətnamə qəbul edib.

Liderxeber.az xəbər verir ki, şəkərli diabet indi də sağalmayan xəstəliklər sırasına daxil olsa da, insulinin hesabına onu nəzarətdə saxlamaq mümkündür. Hazırda şəkərli diabet ateroskleroz və xərçənglə yanaşı, dünyada ən çox əlilliyə və ölümə səbəb olan ilk üç xəstəlikdən biri hesab edilir.

“The Lancet” elmi jurnalında dərc edilən məqaləyə əsasən, son vaxtlar dünyada şəkərli diabet xəstələrinin sayı 800 milyonu keçib ki, bu da 1990-cı illə müqayisədə 4 dəfə çoxdur.

London İmperial Kollecinin (Böyük Britaniya) professoru Məcid Ezzatiki bildirib ki, aşağı və orta gəlirli ölkələrdə şəkərli diabetin müalicəsində irəliləyiş faktiki olaraq dayanıb, diabetlə yaşayan insanların sayı isə sürətlə artır: “Bu ölkələrdə şəkərli diabetdən əziyyət çəkən insanların çoxu gəncdir. Odur ki, diabet uzun müddət müalicə olunmazsa insan ürək xəstəliyi, amputasiya, böyrək zədələnməsi, görmə itkisi və ölüm riski ilə üzləşir”.

Bu artımın böyük hissəsi Yaxın Şərq, Cənub və Cənub-Şərqi Asiya və Latın Amerikasının payına düşüb. Mütləq ifadə ilə ən çox şəkərli diabet xəstəsi, təxminən 212 milyon insan Hindistanda, daha 148 milyon diabet xəstəsi isə Çində yaşayır. Liderlər arasında ABŞ (42 milyon), Pakistan (36 milyon), İndoneziya (25 milyon) və Braziliya (22 milyon) da var.

Qərbi Avropanın inkişaf etmiş ölkələrində, Yaponiyada, Kanadada, eləcə də Saharadan cənubda yerləşən bəzi Afrika ölkələrində (Malavi, Keniya, Uqanda və Ruanda) diabetin ən az yayıldığı müşahidə edilib. Diabetli insanların 59%-i, təxminən 450 milyon insan lazımi müalicə almır.

Azərbaycanda da diabet xəstəliyinin əsas səbəbi azhərəkətli həyat tərzi, qeyri-düzgün qidalanma və artıq çəkidir. Hazırda ölkəmizdə şəkərli diabet xəstələrinin sayı 300 mindən çoxdur. Əvvəllər qanda qlükozanın miqdarı 1 litrdə 6,6 millimoldan çox olanlar diabet xəstəsi hesab edilirdi. İndi isə qanda qlükozanın miqdarının 3,3-5,5 millimola qədər olması norma hesab edilir.