Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

COP29 prezidenti: Qadınlar iqlim problemlərinin həllində dözümlülük, innovasiya və liderlik nümayiş etdirirlər

21 noy 2024, 11:03
COP29 prezidenti: Qadınlar iqlim problemlərinin həllində dözümlülük, innovasiya və liderlik nümayiş etdirirlər

İqlim dəyişikliyinin təsirləri mövcud bərabərsizlikləri, o cümlədən gender bərabərsizliyini də dərinləşdirir.

Liderxeber.az xəbər verir ki, bunu COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Gender Bərabərliyi Günü. Şəffaflıqda Gender Tərəflər Konfransının 29-cu sessiyası"nda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün gender bərabərliyi təkcə fundamental insan hüququ deyil, həm də effektiv və ədalətli iqlim fəaliyyətinin təməl daşıdır.

M.Babayev qeyd edib ki, qadınlar bu məsələdə xüsusilə həssasdır:

"Bir-biri ilə əlaqəli iqlim və biomüxtəlifliklə bağlı böhranlar milyonlarla insanı yoxsulluğa sürükləyə və ərzaq qıtlığına səbəb ola bilər. Qadınlar həll yollarının ön cəbhəsindədirlər, iqlim problemlərinin həllində dözümlülük, innovasiya və liderlik nümayiş etdirirlər. Bu, qadınların rolunu təkcə iqlim fəalları kimi deyil, həm də cəmiyyətimizin mühüm dayaq nöqtəsi kimi qəbul etməliyik".

COP29 prezidenti vurğulayıb ki, şəffaflıq proseslərində gender bərabərliyinə siyasi dəstəyi gücləndirmək və onun iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək lazımdır.